Bu gün:

Putin Pekində Çinlə “misilsiz” əlaqələri vurğulayıb


Rusiya lideri Vladimir Putin Çin Prezidenti Si Cinpinlə münasibətlərinin “misilsiz səviyyədə” olduğunu bildirib. Onlar Pekində böyük hərbi paradın ərəfəsində görüşüblər.

Putin Sini “əziz dost” adlandırıb; Çin dövlət mediası isə münasibətləri nümunəvi kimi təqdim edib. Rusiya Çinə qaz tədarükünü artıracaq, Pekin isə bir illik sınaq müddətində ruslara vizasız səyahət imkanı yaradacaq.

Si həmçinin Şimali Koreya lideri Kim Çen Inı qəbul etməyə hazırlaşır, bu da Ukrayna müharibəsində hər iki tərəfə həmrəylik nümayişi kimi görünür.

Çərşənbə günü Si Çin tarixində ən böyük hərbi paradı keçirəcək. Bu parad İkinci Dünya Müharibəsinin sonunda Yaponiyanın rəsmi təslim olmasının 80-ci ildönümünə həsr olunub.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et