Bu gün:

"Əgər uyğun biri gələrsə, şirkəti satacam" - İlon Maskla Müsahibə


İlon Mask tələsik təşkil edilmiş canlı BBC müsahibəsində “Twitter”i idarə etməyin olduqca çətin və dəyişkən olduğunu söyləyib. Əgər uyğun və doğru biri gələrsə, Mask şirkəti satacağını bildirib.


“Tesla” və “SpaceX” raket firmasını da idarə edən sahibkar oktyabr ayında “Twitter”i 44 milyard dollara (35,4 milyard funt sterlinq) satın alıb. San-Fransiskodakı firmaların baş qərargahından alınan müsahibə kütləvi işdən çıxarılmaları, dezinformasiyalar və İlon Maskın iş vərdişlərini əhatə edirdi. Lakin o, etiraf edib ki, hakimin onu alqı-satqı etməyə məcbur etməsi səbəbindən, şirkəti təhvil verməliydi.

O, “Twitter”in BBC-nin hesabı üçün yeni əlavə edilmiş etiketini “dövlət tərəfindən maliyyələşdirilən media” əvəzinə “icmaiyyət tərəfindən maliyyələşdirilən” kimi dəyişdirəcəyini təsdiqləyib. Müsahibə zamanı İlon şirkətin idarəçiliyini müdafiə edib.

Dünyanın ikinci ən varlı adamına “Twitter”i satın aldığına görə peşman olub-olmadığı sualı verildikdə, “ağırlıq səviyyəsi son dərəcə yüksəkdir, bu, bir növ şənlik deyil” cavabını verib.

Mask indiyə qədər tvitterin idarəçiliyində keçirdiyi vaxtdan danışarkən “darıxdırıcı deyil, sadəcə daim enişlər və çıxışlar var” deyə bildirib. Son bir neçə ayda, həqiqətən də, stresli bir vəziyyət yarandığını bildirsə də, hələ də şirkəti satın almaqda düzgün iş gördüyünü hiss etdiyini söyləyib.

2022-ci ilin əvvəlində “Twitter”də pay qurduqdan sonra milyarder satın alma təklifi etib. Lakin “Twitter” müqavilədən geri çəkilməyə cəhd etdikdən daha sonra onu məhkəməyə verib. Cənab Mask BBC-yə bildirib ki, saytdan istifadə artıb və sayt işləkdir.

BBC-nin əsas “Twitter” hesabına onu "hökumət tərəfindən maliyyələşdirilən media" kimi təsvir edən etiket əlavə etmək qərarı ilə bağlı suala Musk belə cavab verib: "Bilirəm ki, BBC ümumiyyətlə dövlət mediası kimi etiketlənmək istəməz”.

Bu həftənin əvvəlində korporasiya problemi "mümkün qədər tez" həll etmək üçün @BBC hesabındakı təyinatla bağlı sosial media nəhəngi ilə əlaqə saxlayıb: “BBC müstəqildir və həmişə müstəqil olub. Biz Britaniya ictimaiyyəti tərəfindən lisenziya haqqı ilə maliyyələşirik" deyə qeyd edib”.

"Mən əslində BBC-yə çox hörmət edirəm" deyə əlavə edib və müsahibənin bəzi suallar vermək üçün yaxşı fürsət olduğunu, nə etməli olduqlarına dair fərqli rəylər əldə etmək üçün faydalı olduğunu bildirib.

“Twitter”in maliyyə vəziyyətini müzakirə edən cənab Mask, şirkətin reklamçılarının əksəriyyətinin geri qayıtdığı üçün indi təxmini nəticə çıxardığını söyləyib. O, həmçinin, firmanı aldığı zaman 8000-dən bir qədər az olan işçi qüvvəsini 1500-ə qədər azaltmağın asan olmadığını da qeyd edib. Mask hər kəsi şəxsən işdən çıxarmadığını etiraf edib: “Bu qədər insanla üz-üzə danışmaq mümkün deyil”.

Maskın şirkəti satın almasından sonra bir çox “Twitter” mühəndislərinin işdən çıxması platformanın sabitliyi ilə bağlı narahatlıqları artırıb. O, bəzi nasazlıqları, o cümlədən saytda kəsintilərin olduğunu, lakin həmin nasazlıqların çox da uzun sürmədiyini və saytın hazırda yaxşı işlədiyini söyləyib

Mənbə: BBC News

Tərcümə etdi: Gülay Orucova


Paylaş
Şərh əlavə et