Bu gün:

Wofenden hesabatı: 1957- ci ildə Britaniyanı bölən tabu


1957-ci ilin 4 sentyabrında dərc edilən Wolfenden Hesabatı Böyük Britaniyada kişi homoseksuallığının dekriminallaşdırılmasını tövsiyə etsə də, eyni zamanda fahişələrlə bağlı daha sərt cəzaların tətbiqinə yol açıb.

Hesabatı hazırlayan komissiyaya Sir John Wolfenden rəhbərlik edib. Onlar üç il ərzində hüquq, tibb və din nümayəndələrinin, polis və bəzi homoseksual kişilərin ifadələrini dinləyiblər. Nəticədə tövsiyə ediblər ki, 21 yaşdan yuxarı kişilər arasında qarşılıqlı razılıqla baş verən şəxsi münasibətlər artıq cinayət sayılmasın. Qadınlar arasında homoseksuallıq isə o vaxt Britaniya qanunlarında qadağan olunmadığı üçün hesabatda qeyd edilməyib.

Bununla belə, fahişəlik məsələsində yanaşma çox sərt idi. Tövsiyə olunub ki, təkrar tutulan fahişələr daha ağır cəzalandırılsın, hətta üçüncü dəfə tutulanda üç ay həbs cəzası alsınlar. Həmçinin kişilərin fahişəlik fəaliyyəti də rəsmi cinayət siyahısına daxil edilib. Hesabat yayımlandıqdan sonra cəmiyyət arasında böyük mübahisələr başlayıb. Bir çox dini qurumlar və siyasətçilər bunun “ictimai əxlaqa təhdid” olduğunu bildiriblər. Hətta hökumətin özü hesabatdakı homoseksuallığı leqallaşdırma tövsiyəsini rədd edib, amma fahişəliyə qarşı sərt tədbirləri qəbul edib. Bu tövsiyələr əsasında 1959-cu ildə Street Offences Act qəbul edildi və polisə fahişələri həbs etmək üçün geniş səlahiyyətlər verilib.Buna baxmayaraq, hesabat homoseksuallıq mövzusunda ictimai debatın başlamasına səbəb olub. 

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et