Bu gün:

ABŞ-də iki təyyarə havada toqquşub


ABŞ-nin Kolorado ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər həlak olub, 3 nəfər yaralanıb.

“NBC News”un Morqan dairəsi Şerif İdarəsinə istinadən verdiyi məlumata görə, eyni vaxtda Fort Morqan Hava Limanına enməyə çalışan iki kiçik təyyarə havada toqquşub.

Rəsmilər bildiriblər ki, hər iki təyyarədə iki nəfər olub. Qəza nəticəsində bir nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı istintaqa başlayıb.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et