Bu gün:

Əsəbiləşməyin həyatınızı məhv etməsinin 4 səbəbi


Müasir dövrün sürətli tempində – vaxt məhdudiyyətlərinin dayanmadan sıxdığı, şəxsi məkanın isə çox vaxt nəzərə alınmadığı bir mühitdə hirs gündəlik həyatın bir hissəsinə çevrilib.Sadə bir stress reaksiyası kimi görünsə də, hirs düşündüyümüzdən daha böyük təsir göstərir.

1. Hirs düşüncələrinizi pozur

Hirsin bizdən aldığı ilk şey aydınlıqdır. Narahat olduğumuz zaman hadisələri düzgün görmək və sağlam düşünmək çətinləşir. Hirs mühakiməmizi zəiflədir və bizi çox vaxt düşünmədən ani reaksiya verməyə məcbur edir. İstəmədiyimiz sözlər deyə və ya sonradan peşman olacağımız qərarlar verə bilərik. Bunun təsiri dərhal hiss olunmasa da, adətən sonradan günahkarlıq, gərginlik və ya əldən verilmiş imkanlar şəklində üzə çıxır.

2. Duyğusal problemlərə səbəb olur

Hirs həmişə vəziyyətlə birlikdə bitmir. Çox vaxt beynimizdə qalır. Yuxuya getməyimizi, işdə diqqətimizi toplamağımızı və ya başqaları ilə sakit danışmağımızı çətinləşdirir. Bəzən isə mübahisəni xatırlamağa və ya növbəti davanı gözləməyə davam edirik, halbuki bunun daxili rahatlığımıza necə təsir etdiyinin fərqində olmuruq.

3. Münasibətlərinizi çətinləşdirir

İstər evdə, istərsə də işdə tez-tez əsəbiləşmək münasibətlərə zərər verir. İnsanlar davadan qaçmaq üçün sizdən uzaqlaşmağa başlayır. Qarşılıqlı etimad qurmaq çətinləşir və əlaqələr zəifləyir. Zaman keçdikcə hirs ailə daxilində, dostluqlarda və iş münasibətlərində ciddi uçurumlara səbəb ola bilər.

4. Peşəkar görünüşünüzə xələl gətirir

İş yerində ən yaxşısı düşünərək reaksiya verməkdir. Davranışlarınızı tez-tez hirs idarə edirsə, bu, peşəkar görünüşünüzə mənfi təsir göstərir. Uzun müddətdə həm işinizi, həm də iş yoldaşlarınızı itirə bilərsiniz.


Mənbə: NTV 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et