Yozqatda yerləşən Uşaklı Höyükdə ortaya çıxarılan Hititlərə aid gizli dairəvi tikilidə yeddi uşaq qalıqları tapılıb.
Yozqatda yerləşən Uşaklı Höyükdə aparılan son qazıntılar, Hitit cəmiyyətinin unudulmuş yönlərini yenidən yazmağa imkan verəcək kəşfi gün üzünə çıxardı: Tədqiqatçıların gizli dairəvi tikili ilə əlaqəli ritual məkan kimi şərh etdiyi bir sahədə ən az yeddi uşağa aid qalıqlar tapılıb.
Uşaqların skeletlərindən biri demək olar ki, tam olaraq, kül yığınları, heyvan sümükləri və keramika parçaları ilə birlikdə tapıldı. Aydın bir dəfn düzəni yox idi. Bunlar çuxur məzarlar deyil, qəsdən buraxılmış qalıqlardır, – deyə layihənin həmsədri Anacleto D’Agostino izah edir. Kontekst Hitit dünyasında uşaqlara fərqli bir yanaşmanın tətbiq olunduğunu düşündürür; lakin yazılı mənbələrdə bu barədə ətraflı məlumat yoxdur.
Eradan əvvəl 3-cü minillikdən bəri məskunlaşmış höyük 2021-ci ildə şimaldakı F sahəsində kəşf edilən və funksiyası hələ bilinməyən daş halqa — ‘Dairəvi Tikili’ — ilə gündəmə gəlmişdi. Son qazıntılar göstərdi ki, bu tikili əsrlər boyu öz varlığını qoruyub: Son Tunc Dövründə (E.Ə. 14–13-cü əsrlər) ətrafında dəyişikliklər edilsə də, Hititlər və onlardan sonrakılar bu sahənin mövqeyinə hörmət göstəriblər.
Düzən, Fenikdəki ‘tophet’ləri — uşaqların buraxıldığı ritual sahələri — xatırladır, lakin burada urna tapılmayıb. Orsi bunun erkən ölüm ilə əlaqəli tətbiqlərə həsr olunmuş bir sahə ola biləcəyini irəli sürür.
Uşaqlara əlavə olaraq, ətrafdakı çuxurlarda at, eşşək və maral sümükləri tapıldı. Bunlar ehtimal ki, qurban və ya hədiyyə olaraq buraxılmışdı. ‘Daha üst qatlarda isə tam bir at skeleti, ziyafət və ya qurban qalıqları aşkar edildi,’ – deyə Roma Sapienza Universitetindən zooarxeoloq Claudia Minniti bildirir. Çöməklərdə aparılan qalıq analizləri isə ət və taxıl istehlakını göstərir.
Tədqiqatçılar uzun müddətdir Uşaklı Höyükü, tabletlerde Fırtına Tanrısı mərkəzi olaraq qeyd edilən Zippalanda ilə əlaqələndirirlər. 2017-ci ildə tapılan bir dəmir yazılı parça və ehtimal ki, məbəd olan II Nömrəli Tikilinin monumental xarakteri bu hipotezi dəstəkləyir. "Burada nadir bir material olan qranitdən istifadə edilməsi də onun önəmini göstərir," – deyə Heffron bildirir.
Mənbə: Arkeofili
Tərcümə etdi: Aytac Musayeva
