Bu gün:

DNT, Napoleonun ordusunu məhv edən epidemiya ilə bağlı şübhə yaradıb


1812-ci ildə Napoleon və ordusu azalan ərzaq ehtiyatları və müqavimət səbəbindən Rusiyadan geri çəkilərkən, onları daha pis hadisələrin gözlədiyindən xəbərsiz olublar. 

Napoleon və çoxmillətli əsgərlərdən ibarət legionu 1812-ci ildə ərzaqların tükənməsi və güclü rus müqaviməti qarşısında Rusiyadan geri çəkilərkən, onları gözləyənlərin hələ ən pisi olmadığının fərqində olmayıblar. 

Rusiyadan geri çəkilmə zamanı 600 minlik ordunun ən az yarısı qışın sərt soyuqları, aclıq və xəstəlik səbəbindən məhv olub. Hələ elmi icmal mərhələsindən keçməyən yeni bir araşdırma isə gücdən düşmüş əsgərləri qırıb-keçən hansı patogenlərin işin içində olduğunu üzə çıxarır.

Bunun əvəzinə, 13 əsgərin dişlərindən çıxarılaraq analiz edilən qədim DNT-də Salmonella enterica növünün səbəb olduğu paratif xəstəliyinin və bədən bitləri ilə yayılan Borrelia recurrentis bakteriyasının yol açdığı təkrarlayan qızdırmanın izləri aşkar edilib. 

Tədqiqatçılar bildirirlər ki, "mütləq ölümcül olmasa da, bitlərdən keçən təkrarlayan qızdırma onsuz da gücdən düşmüş bir şəxsi ciddi şəkildə zəiflədə bilərdi". 

Barbieri və komandası tifə dair izlərə rastlamamalarının bu xəstəliyin Napoleonun məşhur əsgər itkilərinə təsir göstərmədiyi anlamına gəlmədiyini vurğulayır, çünki nümunələr cəmi 13 nəfərdən götürülüb. 2001-ci ildə Litvanın Vilnüs şəhərində tapılan kütləvi məzarlıqlarda isə 3.000-dən çox əsgər dəfn olunub.

"Bir çox əsgər formaları və atları ilə birlikdə dəfn olunub. Silahların olmaması isə bu insanların döyüşdə deyil, xəstəlikdən öldüyünü göstərir," – deyə Barbieri və komandası izah edir.

“Nəticələrimizə əsasən, bu əsgərlərin ölümünə səbəb olan ən məqbul ssenari yorğunluq, soyuq, paratif və bitlərdən yayılan təkrarlayan qızdırma da daxil olmaqla bir neçə xəstəliyin birləşməsi olmuşdur". 

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et