Midview Liseyi şagirdi 18 yaşlı Nolan Norman məsləhətçi tövsiyəsi ilə mikroelektronika sahəsində təhsil almağa başlayıb. İlk dəfə devre kartları üzərində işləyərkən sahəyə maraq göstərən Norman, bu payız Lorain County Community College-da mikroelektronika proqramına yazılıb və yayda həm təhsil, həm də saatlıq 18 dollar qazanc üçün işləyib.

"Tehsil365" xəbər verir ki, bu barədə "The Hechinger Report" məlumat yayıb.
ABŞ-da 400.000-dən çox istehsal iş yeri mövcuddur və işəgötürənlər yüksək texnologiya bacarıqları tələb edir. Lorain County Community College hər il 120 tələbəyə mühəndislik və mikroelektronika kimi sahələrdə diplom verir, müasir texnologiyalar və staj imkanları ilə əmək bazarına hazır edir.
Proqram həmçinin yerli şirkətlərlə əməkdaşlıq edir, tələbələrə praktiki bacarıqlar qazandırır və sənaye ehtiyaclarına uyğun təhsil modeli tətbiq edir.
Mənbə: The Hechinger Report
Tərcümə etdi: İlhamə Nurəhmədova
