Bu gün:

Beşiktaş Chamberlainin müqaviləsini ləğv edib


Beşiktaş ingilis yarımmüdafiəçisi Alex Oxlade Chamberlainin müqaviləsini ləğv edib. Ağ-qara klub 32 yaşlı oyunçuya 1 milyon 750 min avro təzminat ödəyəcək. Ağ-qara­lılar 1 milyon 750 min avro qarşılığında Alexander Oxlade Chamberlainin müqaviləsini ləğv edib.

Beşiktaş Futbol A.Ş., peşəkar futbolçu Alexander Mark David Oxlade Chamberlain ilə olan müqavilənin qarşılıqlı razılaşma ilə ləğv edildiyini KAP-a bildirdi. Beşiktaş Futbol Yatırımları Sənaye və Ticarət A.Ş.-dən KAP-a göndərilən açıqlama belədir:

“Peşəkar futbolçumuz Alexander Mark David Oxlade-Chamberlain ilə müqaviləmiz qarşılıqlı razılaşma əsasında sona çatdırılmışdır. Razılaşmaya görə oyunçuya 1.750.000 avro müqavilə pozma təzminatı ödənəcək".

Avqust 2023-də heyətə qoşulan 32 yaşlı futbolçu, 2 mövsümdə 50 rəsmi oyunda forma geyinərək 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə:TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə 

Paylaş
Şərh əlavə et