Bu gün:

Powerbank nədir, nə işə yarayır və necə seçilməlidir?


Daşınan enerji mənbəyi olan powerbank-lar müxtəlif tutum və xüsusiyyətlərə malik modelləri ilə istifadəçilərin ehtiyaclarına uyğun həllər təqdim edir. Bu cihazlar səyahət zamanı və ya priz tapmağın çətin olduğu yerlərdə istifadəçiləri şarj narahatlığından xilas edir.

Powerbank nədir? Daşınan şarj cihazlarının əsas xüsusiyyətləri

“Powerbank” sözünün mənası “daşınan enerji mənbəyi” deməkdir. Bu cihazlar istifadəçilərə hər zaman əlaqədə qalmaq imkanı yaradaraq elektron qurğuları mobil şəkildə şarj etməyə kömək edir. Müasir həyatın sürətinə uyğunlaşan powerbank-lar səyahətlərdə, uzun yolçuluqlarda və elektrik prizlərinin az olduğu yerlərdə böyük üstünlük təmin edir.

mAh dəyəri nə deməkdir? Powerbank necə seçilməlidir?

Powerbank cihazlarınızı şarj etmək üçün enerji mənbəyi rolunu oynayır. Lakin sizin üçün uyğun modeli seçərkən diqqət edilməli əsas göstəricilərdən biri mAh dəyəridir. mAh (miliamper-saat) powerbank-in enerji tutumunu göstərir. Bu göstərici nə qədər yüksək olarsa, cihaz bir o qədər çox enerji saxlaya və daha uzun müddət şarj imkanı təmin edə bilər.

Məsələn, 20.000 mAh tutuma malik bir simsiz powerbank telefonunuzu bir neçə dəfə tam doldura bilər. Ancaq hansı tutumun sizə uyğun olduğuna qərar verərkən gündəlik ehtiyaclarınızı nəzərə almaq vacibdir. Əgər yalnız gündəlik istifadə üçün həll axtarırsınızsa, daha az tutumlu powerbank kifayət edə bilər. Lakin kamp, uzun səfər və daha çox enerji tələb edən hallarda yüksək tutumlu modellər seçilməlidir.

Unutmayın ki, yüksək mAh dəyəri cihazın həm ölçüsünə, həm də çəkisinə təsir göstərir. Buna görə də, seçim edərkən daşına bilənlik də nəzərə alınmalıdır. Daha kiçik və yüngül alternativ axtaranlar üçün mini powerbank modelləri uyğun ola bilər. Yüksək mAh tutumuna sahib modellər isə eyni anda bir neçə cihazı şarj etmək və ya daha az tezliklə enerji doldurmaq istəyənlər üçün faydalıdır. Lakin powerbank seçərkən yalnız enerji tutumuna deyil, həm də digər xüsusiyyətlərə və istifadəyə təsir edə biləcək detallara diqqət yetirmək vacibdir.

Təyyarədə powerbank daşımaq qadağandırmı?

Powerbank-lar səyahət zamanı çox faydalı ola bilər. Lakin təyyarə səfərlərində müəyyən qaydalara əməl etmək vacibdir. Hava yolu şirkətləri adətən 100Wh-dan aşağı olan mini powerbank-ların kabin baqajında daşımasına icazə verir. Bu sərhədə diqqət yetirmək, səyahət zamanı gözlənilməz problemlərlə qarşılaşmamağın əsas yollarındandır.

Hər nə qədər bir çox hava yolu şirkəti belə cihazların daşınmasına icazə versə də, bəzi şirkətlərin fərqli siyasətləri ola biləcəyini unutmamaq lazımdır. Buna görə də, səyahətdən əvvəl hava yolu şirkətinin mövcud qaydalarını yoxlamaq faydalı olar.

Mənbə: Hepsiburada.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et