ABŞ Prezidenti Donald Trump, iş adamı Corc Soros və onun oğlunun “ABŞ-dakı zorakı etirazları dəstəklədikləri” səbəbindən mühakimə olunmalı olduğunu müdafiə edib.

Trump açıqlamasında deyib: “Corc Soros və onun əla radikal solçu oğlu, ABŞ-ın dörd bir yanında zorakı etirazları dəstəklədiklərinə görə RICO qanunu əsasında mühakimə olunmalıdır. Bu dəli insanların Amerikanı daha çox parçalamağına imkan verməyəcəyik.”
Trump, Soros ilə oğlunun Amerikada rahat hərəkət etməsinə icazə verməyəcəklərini vurğulayıb: “Soros və onun psixopat qrupu ölkəmizə böyük zərər vurub! Buna onun Qərb sahilindəki çılğın dostları da daxildir. Diqqətli olun, sizi izləyirik.”
Mənbə: Haber Global
Tərcümə etdi: Nigar Xəlilli
