1791-ci ilin avqustunda Haitidə qul üsyanı başlayıb. Qullar plantasiyaları yandırıblar, sahiblərini öldürüblər. Bu, tarixdə quldan azad olan ilk dövlətin 1804-cü ildə müstəqil Haitinin yaranmasına səbəb olub.
Tarixdə əsasən kişi qəhrəmanların adları çəkilir. Amma qadınlar da müstəqillik uğrunda döyüşdə mühüm rol oynayıblar, sadəcə onların hekayələri çox az tanınır və sənədlərdə, demək olar ki, yoxdur.
Qadınlardan bəziləri ön cəbhədə döyüşüblər:
Sanite Belair – Louverturenin ordusunda zabit idi, döyüşlərə rəhbərlik edib, 1802-ci ildə edam olunub. Onun şəkli bu gün Haitinin pulunun üzərindədir.
Marie-Jeanne Lamartiniere – 1802-ci ildəki böyük Crete-a-Pierrot döyüşündə önəmli rol oynayıb.
Catherine Flon – Haitinin ilk bayrağını tikən şəxs kimi tanınır.
Qadınlar həm də casus, müəllim, təchizatçı, sabotajçı kimi çıxış edir, düşmənin ərzaq və su mənbələrini məhv ediblər. Bəziləri isə yaralı döyüşçülərə baxır, ordunu yeməklə təmin ediblər. Tarixçilərin sözlərinə görə, bəzən qadınlar döyüşdə kişilərdən də daha cəsur və qəddar olublar. Lakin onların yazılı xatirələri, demək olar ki, yoxdur. Ona görə də onların hekayələri uzun müddət gizli qalıb.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
