Bu gün:

Sahibkarlıq fəaliyyəti üçün lisenziya necə alınır?


İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, 2025-ci ilin ilk 7 ayında sahibkarlıq fəaliyyəti ilə bağlı ümumilikdə 1049 lisenziya verilib, onlardan 769-u elektron qaydada təqdim olunub.

Ən çox lisenziya tikinti-quraşdırma işləri üzrə (251), əczaçılıq fəaliyyəti (170), özəl tibb fəaliyyəti (127), rabitə xidmətləri (148), eləcə də təhlükəli yüklərin daşınması (75) və layihələndirmə işləri (86) sahələrinə aid olub. Bununla yanaşı, baytarlıq preparatlarının istehsalı və satışı (32), bitki mühafizə vasitələrinin istehsalı və idxalı (34) üzrə də lisenziyalar təqdim edilib.

Qeyd edək ki, hazırda lisenziyalar mobil rabitə xidmətləri istisna olmaqla müddətsiz verilir. Sahibkarlar lisenziya almaq üçün KOB evlərinə, “ASAN xidmət” mərkəzlərinə və ya elektron formada müraciət edə bilirlər.

Arzu Qafarova 

Paylaş
Şərh əlavə et