Ukrayna qüvvələri etiraf edib ki, Rusiya ordusu şərqdəki sənaye bölgəsi olan Dnepropetrovsk vilayətinə daxil olub və orada mövqe qurmağa cəhd göstərir.

“Bu, Dnepropetrovsk vilayətinə edilən ilk belə genişmiqyaslı hücumdur”,- Dnepro Əməliyyat-Strategiya Qoşun Qrupundan Viktor Trehubov BBC-yə bildirib, lakin o, düşmənin irəliləyişinin dayandırıldığını da vurğulayıb.
Rusiya isə bütün yay boyu Donetsk vilayətindən daha dərin irəliləməyə çalışaraq həmin bölgəyə daxil olduğunu iddia edib.
İyun ayının əvvəlində Rusiya rəsmiləri Dnepropetrovskda hücumun başlandığını desələr də, Ukraynanın son məlumatlarına görə, rus qüvvələri vilayət sərhədini demək olar ki, yenicə keçiblər.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
