Bu gün:

Sağ və sol anlayışlarının gündəlik həyata təsiri


“Sol pisdir, sağ yaxşıdır” kimi bir düşüncə tərzi təkcə bizə məxsus deyil. Bu hal digər xalqlarda da müşahidə olunur.

Əvvəlcə, qeyd edək ki, “sol pisdir” kimi bir önyarğı mövcuddur və bunun əsas səbəbi dinlə bağlıdır. İslam dinində hər işə sağ əl, sağ ayaqla başlamaq tövsiyə edilir. Hətta sol əllə yemək günah hesab edilə bilər. İnanclara görə, avtobusa belə ilk addımı sağ ayaqla atmaq lazımdır. Bəs dinə görə sol əlin rolu nədir? “Pis” işlər. Məsələn, təmizlik. Yaxşı bir müsəlmansansa, təmizlik işlərini sol əlinlə görməlisən.

Dindən kənara çıxaraq bəzi dillərdəki köklərə və ifadələrə baxaq:

    •    Latın dilində “sol” sözü sinister olaraq işlədilir. Digər mənaları isə “pis, bəxtsiz” deməkdir.

    •    İvrit dilində “sol” smowl sözüdür və əlavə mənası “qaranlıq”dır.

    •    Fransız dilində “sol” gauche kimi ifadə olunur. Bu sözün digər mənaları “bacarıqsız, yöndəmsiz”dir.

    •    İngilis dilində “sol” left sözüdür. Burada birbaşa mənfi çalar yoxdur. Amma “yetenek, bacarıq” mənasını verən dexterity sözünə baxanda maraqlı bir məqam ortaya çıxır. Çünki bu sözün kökü “sağ tərəfdə olmaq” deməkdir.

Göründüyü kimi, bir çox dillərdə “sol” mənfi mənalar daşıyır. İndi isə Türk (və Azərbaycan) dilindəki nümunələrə baxaq. Burada siyasi meyl göstərmədən gündəlik istifadə etdiyimiz söz və ifadələr belədir:

    •    Sağduyu – “sağduyulu davranmağa çağırdı” kimi ifadələr çox işlənir. Amma niyə “sağ-duyu”? Buradan da “sol pisdir” anlamı çıxarmaq mümkündür.

    •    Sol tərəfdən qalxmaq – işlər uğursuz gedəndə “yatağın solundan qalxmısan?” deyirik.

    •    Solda sıfır – bir şeyi tamamilə dəyərsiz göstərmək üçün işlədilir.


Digər xalqlar “sol” sözünə “pis, uğursuz, bacarıqsız” kimi yanaşmaqla kifayətlənib. Biz isə daha kəskin yanaşaraq onu tamamilə mənfi, hətta ölüm anlayışı ilə bağlamışıq.


Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et