Bu gün:

Meghan Markle-ın Netflix proqramı geri dönüb: İkinci sezonda nələr var?


Kaliforniyanın məşhur gün batımları, gözəl bəzədilmiş tortlar və sirkəli kartof cipsi hazırlanması dərsləri ilə "With Love, Meghan" serialı yenidən yayıma başlayıb.

26 avqust ikinci sezonu Netflix izləyiciləri ilə görüşən proqram Sussex Düşesi Meghan Markle-ın Montekitodakı evinə yaxın bir məkanda çəkilib. Yeni sezonda Markle-ın Chrissy Teigen və John Legend kimi məşhur dostları qonaq gəlir. Həmçinin Meghan-ın ailə həyatına dair bir fikir əldə edirik, lakin Sussex Dükü Harry və uşaqları Archie və Lilibet bu görüntülərdə yer almır.

Mənbə: BBC News

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et