Bu gün:

The Roses: Sevginin qəzəbə çevrildiyi qara komediya


Film "The Roses" 1980-ci illərin məşhur boşanma komediyası "The War of the Roses" -in yenidən çəkilən versiyasıdır. Baş rollarda Olivia Colman və Benedict Cumberbatch oynayır. Onların obrazları Ivy və Theo Rose əvvəllər xoşbəxt cütlük olsalar da, illər keçdikcə münasibətləri düşmənçiliyə çevrilir.

Ssenarini Tony McNamara yazıb, rejissor isə Jay Roach-dur. Film “qara komediya” üslubunda çəkilib, həm gülməli, həm də kəskin məqamlarla doludur. Colman komediya ustalığını göstərir, Cumberbatch isə alışmadığımız şəkildə çox gülməli çıxış edir. Hadisələr əvvəlcə onların münasibətinin sonundan başlayır, sonra isə geri dönüşlə tanışlıqlarına və sevgi dolu illərinə qayıdır. On il sonra Kaliforniyada iki uşaqları ilə yaşayırlar. Əvvəlcə nikahları güclü görünür, lakin Theo-nun işi zəifləyir, Ivy isə restoran biznesində uğur qazanır. Bu vəziyyət onların münasibətini dağıdır. Film göstərir ki, sevgilərinin bitməsi tədricən baş verir.

Yan obrazlardan Andy Samberg və Kate McKinnon çıxış etsələr də, onların rolları əsas cütlüyün performansı qədər güclü deyil. Xüsusilə Colman və Cumberbatch dialoqları daha canlı və gülməli edir. Ümumilikdə, film həm ağıllı, həm də vəhşi, əyləncəli bir komediyadır, Britaniya yumoru ilə Hollivud parıltısını birləşdirir.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et