Bu gün:

3D printer texnologiyası nədir?


Əgər monitor ekranında dizayn etdiyiniz bir modeli əlinizdə tuta biləcəyiniz real bir əşyaya çevirmək istəyirsinizsə, 3D printer texnologiyası məhz bu çevrilişi mümkün edir.

Rəqəmsal məlumatları fiziki obyektlərə çevirən bu cihazlar qat-qat istehsal prinsipi ilə işləyir. Kompüterdə hazırlanan dizaynı müxtəlif materiallarla addım-addım formalaşdıraraq reallığa çevirir.

3D printer texnologiyası nədir? 

Monitor qarşısında bir dizayn yaratdığınızda bu rəqəmsal çəkimi real bir obyektə çevirmək istəyirsinizsə, bu cihazların istifadəsi olduqca vacibdir. Bu texnologiya, rəqəmsal faylları qat-qat çap edərək fiziki obyektlər hazırlama imkanı verir. Bazarda müxtəlif ölçülərdə, rəng seçimlərində və xüsusiyyətlərdə 3D printer modelləri mövcuddur.

Müxtəlif materiallarla çap edə bilən bu cihazlar hobbi, dizayn və ya sənaye sahələrində istifadə olunur. Hansı sahədə istifadə etməyinizdən asılı olmayaraq, ehtiyacınıza uyğun modeli seçərək sizə məxsus həllər əldə edə bilərsiniz. Bu texnologiyanı ev şəraitində istifadə etməyi düşünürsünüzsə, ən yaxşı alternativləri araşdıraraq işinizi asanlaşdıra bilərsiniz.

Yazıcı növləri hansılardır?

3D printer növləri cihazın istifadə etdiyi texnologiyaya görə fərqlənir. Bu növlər arasında istifadə məqsədinə, materiala və ya çap dəqiqliyinə görə müxtəlifliklər mövcuddur. Seçim edərkən ilk növbədə hansı məhsul növü ilə işləmək istədiyinizə qərar vermək vacibdir.

1) FDM (Fused Deposition Modeling) printerlər

Ev istifadəçiləri tərəfindən tez-tez seçilən bu növ, çap zamanı əridilmiş plastik filamentin qat-qat yerləşdirilməsi ilə işləyir. Kompakt quruluşu və münasib qiyməti sayəsində geniş yayılıb. Bu üsulla üçölçülü obyektlər addım-addım inşa edilir.

Bu cihaz, xüsusilə, hobbi məqsədilə istehsal edənlər və ya bu sahədə yeni başlayanlar üçün olduqca ideal seçimdir. Münasib qiymətə malik olması və geniş əlçatanlığı sayəsində müxtəlif istifadəçi qruplarına xitab edir. Kompakt quruluşu isə məhdud sahəyə sahib olan istifadəçilər üçün üstünlük yaradır.

2) SLA (Stereolithography) printerlər

Bu tip cihazlar maye reçinanı işıq vasitəsilə bərk vəziyyətə çevirərək işləyir. Daha detallı və hamar nəticələr təqdim edir. Xüsusilə prototip hazırlama, modelləşdirmə və diş həkimliyi kimi yüksək dəqiqlik tələb olunan sahələrdə üstünlük verilir.

Modeldən istifadə bir qədər daha çox mütəxəssislik tələb edə bilər, lakin nəticədə əldə edilən materiallar olduqca qənaətbəxşdir. Bu tip cihazlar peşəkar istifadəçilər üçün çox uyğun hesab olunur.

3) Mini 3D printerlər

Ev istifadəçiləri və ya mobil ofislər üçün daşına bilən mini 3D printerlər kompakt quruluşu sayəsində dar məkanlarda rahatlıqla istifadə oluna bilir. Daşına bilən xüsusiyyəti, məhdud sahədə işləmək istəyənlər üçün əlverişli edir. Ev istifadəçiləri, tələbələr və mobil ofislərdə çalışanlar üçün uyğun model hesab olunur.

Asan daşınma imkanı əlavə üstünlük yaradır. Çap gücü məhdud olsa da, kiçik həcmli istehsallar üçün kifayət qədər performans təqdim edir. Yeni başlayan istifadəçilər üçün həm münasib qiymət, həm də praktik təcrübə imkanı verir.

3D printerlərin istifadə sahələri hansılardır?

3D printerlərin istifadəsi həyatın bir çox sahəsində müxtəlif ehtiyacları qarşılamağa imkan verir. Cihazın istifadə sahələri aşağıdakı kimi sıralana bilər:

1. Zinət əşyası dizaynı, fiqur istehsalı və ya dekorativ obyektlər yaratmaq üçün rəngli 3D printer olduqca uyğundur. Bu, sənətçilərə sərbəst şəkildə yaradıcılıq etməyə imkan verərək həm fərdi, həm də kommersiya məqsədli işlər üçün fürsət yaradır;

2. Mürəkkəb hissələrin istehsalı üçün 3D metal printerlər seçilir. Avtomobil və tikinti kimi sahələrdə xüsusi hissələrin istehsalı bu texnologiya sayəsində daha praktik olur;

3. Gündəlik əşyalar, telefon stendi, masaüstü təşkilatçı kimi obyektləri də bu cihaz vasitəsilə asanlıqla istehsal etmək mümkündür;

4. Müxtəlif rəngli 3D printer ilə orijinal naxışlara malik eynək, çanta və ya ayaqqabı hissələrini də dizayn edə bilərsiniz;

Hər bir sahə fərqli məhsul növləri ilə formalaşa bilər. Marağınıza uyğun modeli seçərək öz istehsal səyahətinizə başlaya bilərsiniz.

Mənbə: Hepsiburada.com 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et