Bu gün:

Finlandiya haqqında təəccübləndirici faktlar


1. Finlandiyada 187 888 göl və 179 888 ada var.

2. Finlandiyalılar qəhvə aludəçisidir. İldə adambaşına 12 kilo qəhvə düşür. Bu, gündə 10 fincan qəhvəyə bərabərdir.

3.Dünyanın ən qəribə hadisələrinə ev sahibliyi edir. Həyat yoldaşını daşıma , qarışqa yuvasına oturma yarışı və palçıq futbolu bunlardan yalnız bir neçəsidir.

4.Finlandiya yenilik yuvasıdır. İstifadə etdiyimiz əşyaların çoxu Finlandiyada kəşf edilmiş və ya hazırlanmışdır. Linux əməliyyat sistemi, Angry Birds, Molotov kokteyli, SMS, sauna, duzlu içki və s. bunlara misal ola bilər.

5.Finlandiya "uduzanlar” ölkəsidir. Hər il oktyabrın 13-də ölkədə “Uğursuzluq günü” mərasimlərlə qeyd olunur. Ona görə də bu ölkədə uduzan olmaq pis bir şey deyil.

6.Finlandiya pizzası İtaliyadan daha yaxşıdır. 2008-ci ildə dünyanın ən yaxşı pizzası mükafatını alıb. Üstəlik, pizzanın adı "Berluskoni" idi. Buna səbəb Berluskoninin Fin mətbəxini sevmədiyini bəyan etməsi olub. Finlərin qisası acı idi.

7.Finlandiya ağır metal qrupları məşhur olan ölkələr arasında dünya lideridir. Üstəlik, ağır metal qrupu (Lordi) ilə hətta Eurovision pop müsabiqəsində qalib gələrək tarix yazdılar.

Mənbə: CNN Türk

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et