Amerikalı komediyaçı və aktrisa Rouzi O'Donnell 2024-cü ilin noyabrında Donald Trampın seçkidə qələbəsindən sonra İrlandiyaya köçmək qərarı verib.

Rəsmi məlumatlar göstərir ki, başqaları da eyni addımı atmış ola bilər – son bir ildə ABŞ-dən İrlandiyaya immiqrasiya demək olar ki, 2 dəfə artıb.
Bu ilin aprel ayına qədər olan 12 ay ərzində ABŞ-dən İrlandiya Respublikasına köçənlərin sayı 9600 nəfərə çatıb. Bu rəqəm 2024-cü ildə 4900 nəfər idi.
Mərkəzi Statistika İdarəsinin məlumatına görə, ümumi immiqrasiya 16% azalıb, ABŞ-dən immiqrasiya isə 96% artıb.
Bu insanların hamısının motivasiyasını bilmək mümkün deyil. Üstəlik, ötən il əks istiqamətdə – İrlandiyadan ABŞ-ə köçənlərin də sayında artım qeydə alınıb. İrlandiyadan ABŞ-ə miqrasiya 22% artaraq 5000 nəfərdən 6100 nəfərə yüksəlib.
Ümumilikdə isə, məlumatlara əsasən, son 1 ildə İrlandiya Respublikasına xalis immiqrasiya kəskin şəkildə azalıb.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
