İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, “Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş “Coursera” platformasında 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb. Onlardan 50 min təlim uğurla başa vurularaq beynəlxalq sertifikat alınıb.

İştirakçılar, əsasən, süni intellekt, data elmi, layihələrin idarə olunması, kibertəhlükəsizlik və biznes sahələrinə üstünlük veriblər. Proqram çərçivəsində 760 nəfərə “Rəqəmsal nişan” təqdim olunub.
Layihə SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyir.
Arzu Qafarova
