Avstraliyanın Viktoriya ştatında baş verən silahlı hücum zamanı 2 polis əməkdaşı həyatını itirib.

Viktoriya ştatının Porepunkah şəhərində, yerli vaxtla saat 10:30 radələrində baş verən hücumda 2 polis həlak olub, 1 polis yaralanıb.
Viktoriya Polisi açıqlayıb ki, hücumçu hadisə yerindən qaçıb və hazırda harada olduğu məlum deyil. Şübhəlini tapmaq üçün genişmiqyaslı axtarış əməliyyatı başlanıb.
Porepunkah və ətraf ərazilərdə yaşayanlardan, ikinci bir elan verilənədək evlərində qalmaq və bölgəyə səfər etməmələri istənilib.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
