Avstraliya hökumətin Sidney və Melburnda antisemit hücumlara rəhbərlik etdiyini iddia etdikdən sonra, İranın səfirinə ölkəni tərk etmək üçün yeddi gün vaxt verib.
Baş nazir Entoni Albanese çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, kəşfiyyat xidməti İranı ötən ilin oktyabrında Sidneydə bir kafedə törədilən yanğın hücumu və dekabrda Melburnda bir sinaqoqa edilən başqa bir hücumla əlaqələndirib.
Albanese əlavə edib ki, bu iki hadisə “ictimai həmrəyliyi sarsıtmaq və cəmiyyətdə qarşıdurma yaratmaq cəhdi” olub.
Səfir Əhməd Sadeqi və daha üç rəsmiyə Avstraliyanı tərk etmək əmri verilib, Avstraliya da öz diplomatlarını Tehrandan geri çağırıb. İran isə iddiaları “qətiyyətlə rədd etdiyini” bildirib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
