Bu gün:

Tramp daha bir ştata Milli Qvardiya yerləşdirməyi planlaşdırır


ABŞ Prezidenti Donald Tramp, paytaxt Vaşinqtonda yerləşdirdiyi Milli Qvardiya bölmələrini Merilend ştatında da yerləşdirə biləcəyini bildirib.

Tramp, sosial şəbəkə hesabında yaydığı açıqlamada Merilendin ən böyük şəhəri və cinayət göstəricilərinin yüksək olduğunu qeyd etdiyi Baltimorda da Milli Qvardiyanı yerləşdirə biləcəyini açıqlayıb. Daha əvvəl Çikaqo və Nyu-Yorka Milli Qvardiya göndərməyi düşündüyünü bildirən Tramp, Merilend qubernatoru Ves Mur ilə yaşadığı gərginlikdən sonra Baltimoru da bu şəhərlərin siyahısına daxil edib.

Mur, Baltimorda deyilən qədər cinayət törədilmədiyini bildirərək, birlikdə şəhəri gəzməyi təklif edib. Tramp isə bu təklifi “kobud və təhrikedici” adlandırıb:

“Prezident olaraq, ora yürüşə çıxmadan öncə bu cinayət fəlakətinin aradan qaldırılmasını üstün tutardım. Ves Murun cinayətlə bağlı göstəriciləri çox pisdir, təbii ki, digər bir çox mavi ştatların etdiyi kimi statistikanı saxtalaşdırmasa”.

Tramp, cinayət və qətl statistikasına görə Baltimorun ölkənin ən pis 4-cü şəhəri olduğunu vurğulayaraq, Merilend qubernatoru Murun “danışmağı buraxıb işə başlamalı olduğunu” bildirib.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et