Bu gün:

El Bilal Toure Beşiktaş üçün İstanbulda


 Beşiktaşın icarə əsasında transferi üçün danışıqlara başladığını elan etdiyi  futbolçu El Bilal Toure İstanbula gəlib.

İtaliyadan qalxan təyyarə ilə İstanbul Hava Limanına gələn 23 yaşlı oyunçunu klub rəsmiləri və bir qrup azarkeş çiçəklərlə qarşılayıb. Mərkəz hücumçusu obyektivlərə “Qartal” hərəkəti etdikdən sonra onun üçün ayrılan xüsusi avtomobillə hava limanından ayrılıb. İtaliyanın "Atalanta" komandasında icarədə olan El Bilal Toure son olaraq "Stuttgart" forması geyinib. Gənc futbolçu karyerasında 126 rəsmi oyunda iştirak edərək 24 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 25 dəfə Mali milli komandasının formasını geyinən El Bilal Toure bu qarşılaşmalarda 9 dəfə rəqib qapısına yol tapıb.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə 


Paylaş
Şərh əlavə et