Brian Epstein The Beatles-in meneceri idi. O, onları Liverpool-un Cavern Club-ından bütün dünyada məşhurluğa aparıb. 1967-ci ilin 27 avqustunda Epstein Londondakı evində ölü tapılıb və bu xəbər Beatles üzvlərini çox sarsıdıb.
Epstein Beatles-in uğurunda çox mühüm rol oynayıb. Onların imicini dəyişib, müqavilə tapmalarına kömək edib, işlərini idarə edib və daim onlara inanıb. O, əvvəllər aktyor olmaq istəsə də, ailəsi onu ailə biznesinə yönləndirib. Daha sonra Liverpooldakı musiqi mağazasında işləyərkən Beatles ilə tanış olub. Onları Cavern Club-da görəndə dərhal təsirlənib və menecerləri olmaq qərarına gəlib. Onların geyimlərini dəyişdirib kostyum geyinmələrini, səhnədə siqaret və içki içməmələrini istəyib ki, daha geniş tamaşaçı kütləsinə çıxa bilsinlər.
Epstein musiqidən çox başı çıxmadığını desə də, "hit mahnıları" seçməyi yaxşı bacarıb. Onun səyləri ilə Beatles, George Martinlə müqavilə imzaladı və bu da onların uğurunun əsas açarlarından olub. Bir il içində "Love Me Do" və "Please Please Me" hit mahnıları çıxıb, 1964-cü ildə isə Ed Sullivan şousunda çıxış ediblər və bütün ABŞ-da böyük səs-küy yaradıblar. Amma Epstein-in şəxsi həyatı qarışıq idi. O, iş yükünə görə dərmanlardan çox istifadə edib. 1967-ci ilin avqustunda, cəmi 32 yaşında, dərmanların təsirindən ölüb. John Lennon deyib ki, Epstein-in ölümü Beatles-in dağılmasına səbəb olub, çünki onları bir yerdə saxlayan əsas insan o idi.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
