Bu gün:

Xınalıqda “Dayanıqlı Turizm Təlimi – Kənd icmalarında bacarıqların və dayanıqlılığın artırılması” layihəsi icra olunub


Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Xınalıq kəndində “Dayanıqlı Turizm Təlimi – Kənd icmalarında bacarıqların və dayanıqlılığın artırılması” layihəsi həyata keçirilib. Layihənin istiqaməti kənd icmalarında turizm potensialının inkişaf etdirilməsi, əhalinin bilik və bacarıqlarının artırılması, həmçinin dayanıqlı turizm modelinin təşviq olunmasıdır. 

Layihənin ilk mərhələsində yerli icma nümayəndələri üçün müxtəlif istiqamətləri əhatə edən təlimlər təşkil edilib. Təlim mövzuları aşağıdakılardan ibarət olub:

Turizm biznesinin maliyyəsi və idarəçiliyi; 

Yerli icma ilə turizmin diversifikasiyası; 

Sahibkarlıq və həssas qrupların turizm biznesinə cəlb edilməsi; 

Aqroturizmin inkişafı və tətbiqi; 

Qonaq evlərinin idarə olunması; 

Ümumi turizm bilikləri; 

İncəsənət və sənətkarlığın turizmdə rolu; 

Yerli bələdçilik xidmətləri; 

Turizmdə ekoloji davamlılıq. 

Təlim proqramı ilə yanaşı, kənddə iməcilik (təmizlik aksiyası) təşkil edilib. Həmçinin Xınalığın mövcud və potensial turizm imkanlarının təqdim olunduğu investisiya turu həyata keçirilib. Dövlət Turizm Agentliyi bildirir ki, layihə kənd icmasının sosial-iqtisadi inkişafına dəstək olmaqla yanaşı, Azərbaycanın turizm sahəsində dayanıqlı inkişaf strategiyasına da mühüm töhfə verir. Növbəti mərhələdə bu tip təşəbbüslərin digər regionlarda da icrası planlaşdırılır. 

Nərgiz Orucova

Paylaş
Şərh əlavə et