Bu gün:

Pişiklər qutuları niyə bu qədər sevir?


Ev pişiklərinin ən maraqlı vərdişlərindən biri onların qutulara, çantalara və dar məkanlara girməsidir. Mütəxəssislərin fikrincə, pişiklərin bu davranışının əsas səbəbi təhlükəsizlik axtarışıdır. 

Təbiətdə həm ovçu, həm də yırtıcı ola bilən pişiklər qapalı və dar yerlərdə özlərini daha qorunmuş hiss edirlər. Karton qutular və şkaf küncləri onlar üçün sığınacaq rolunu oynayır. Qutular yalnız təhlükəsizlik deyil, həm də istilik təmin edir. Karton material və dar boşluqlar pişiklərin bədən istiliyini saxlamağa kömək edir. Beləliklə, onlar ev şəraitində isti və rahat yuxu yeri əldə edirlər. 

Dar məkanlara girmək pişiklərin təbii ov instinktini dəstəkləyir. Gizlənmək, qəfildən çölə çıxmaq və qapalı yerdə gözləmək onlar üçün həm oyun, həm də stressdən azad olma üsuludur. Bu, ev şəraitində yaşayan pişiklərə psixoloji rahatlıq verir. Mütəxəssislər bildirirlər ki, pişiklərin qutulara və dar yerlərə girməsi normal davranışdır və narahatlığa səbəb olmamalıdır. Əksinə, evdə qutu saxlamaq pişiklərin xoşbəxtliyini və rahatlığını artırır. 

Mənbə: Sözcü 

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et