Ukraynanın şərqində yerləşən Donetsk bölgəsi uzun müddətdir ki, Moskvanın hədəfindədir. Vladimir Putinin isə guya müharibəni dayandırmaq müqabilində bölgəyə tam nəzarət tələb etdiyi bildirilir.
Rusiya artıq Donetskin 70%-nə və demək olar ki, qonşu Luqanskin bütün hissəsinə nəzarət edir - və yavaş, amma davamlı irəliləyişlər edir.
Mən iki humanitar könüllü ilə birlikdə cəbhə xəttində yerləşən Donetsk şəhəri Dobropiliyaya gedirəm. Bura Rusiyanın mövqelərindən cəmi 8 km (5 mil) məsafədədir. Onların missiyası xəstələri, yaşlıları və uşaqları daha təhlükəsiz yerlərə çıxarmaqdır.
Əvvəlcə hər şey plan üzrə gedir. Biz zirehli avtomobildə şəhərə sürətlə daxil oluruq. Avtomobil damında dronları qarışdıran xüsusi avadanlıq var və sürətimiz 130 km/saat (80 mph)-ə çatır. Yol boyunca uca yaşıl torlar çəkilib, bu da yuxarıdan görünüşü məhdudlaşdıraraq onu rus dronlarından qoruyur.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
