Yay mövsümündə insanların ən çox qarşılaşdığı problemlərdən biri də ağcaqanad sancmalarıdır. Mütəxəssislərin araşdırmalarına görə, dişi ağcaqanadın bir insanı sancması bir neçə amildən asılıdır.

1. Karbon qazı (CO₂) miqdarı
İnsan bədəni nə qədər iri olarsa, bir o qədər çox karbon qazı istehsal edir. İdman zamanı da bu miqdar artır. Bu isə ağcaqanadın diqqətini çəkir və həmin insanı daha cəlbedici edir.
2. Tər qoxusu
Tərin qoxusu həm qidalanmadan, həm də dəridəki bakteriyalardan asılıdır. Tərdəki laktik turşu və amonyak ağcaqanad üçün xüsusi cazibə daşıyır. Bira içən insanların tər qoxusu da bu həşəratı daha çox cəlb edir.
3. Bədən istiliyi
Bədən temperaturu yüksək olan şəxslər ağcaqanadın ilk hədəfinə çevrilir. İdman etmək və ya susuz qalmaq bədən istiliyini artırır.
4. Geyim rəngi
Ağcaqanad bəzi rənglərə daha həssasdır. Qırmızı, narıncı və mavi rəngli geyimləri seçir, ağ, yaşıl və bənövşəyi rənglərə isə yaxınlaşmır.
Mütəxəssislər yay aylarında ağcaqanad sancmalarından qorunmaq üçün açıq rəngli geyimlərə üstünlük verməyi, durğun su hövzələrindən uzaq olmağı və spirtli içkilərdən çəkinməyi məsləhət görürlər.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
