Bu gün:

Macarıstanda qəsdən basdırılmış 3 400 illik metal əşyalar tapılıb


Macarıstandakı Somlo Təpəsində aparılan qazıntılarda, Son Tunc Dövrü və Erkən Dəmir Dövrünə aid yüzlərlə metal əşya tapılıb. 

Lazer və sahə tapıntılarından istifadə edilərək aparılan yeni bir araşdırmaya görə, Macarıstandakı qədim insanlar eramızdan əvvəl 15-ci əsr kimi erkən bir dövrdə, səssiz bir təpədəki naməlum bir yaşayış yerinin ətrafına ən azı altı metal basdırmışdılar. Metal detektorlarından istifadə edən tədqiqatçılar yalnız bir il ərzində Son Tunc Dövrünə (e.ə. 1450–800) və Erkən Dəmir Dövrünə (e.ə. 800–450) aid zərgərlik əşyaları, hərbi medallar və silahlar da daxil olmaqla 300-dən çox əşya aşkar ediblər.

Antiquity jurnalında dərc olunan araşdırmaya görə, ən qədim Son Tunc Dövrü tapıntıları eramızdan əvvəl 1 400–1 300-cü illərə aiddir; lakin araşdırmaya görə, əksər əşyalar eramızdan əvvəl 1 080–900-cü illərə təsadüf edir. Komanda metal tapıntılarla yanaşı, kehribar muncuqlar, parça və dəri qalıqları, həmçinin vəhşi və ev donuzu dişlərini də ortaya çıxarıb. 

Arxeoloji tədqiqat, nisbətən düz relyefə malik olan Qərbi Macarıstandakı vulkanik Somló Təpəsində aparıldı. Bu gün bölgə əsasən şərab istehsalı ilə tanınır. Lakin 19-cu əsrin sonlarında yerli fermerlər və şərab istehsalçıları qədim əşyaları üzə çıxarmağa başlayanda, alimlər buranın eyni zamanda mühüm arxeoloji sahə olduğunu fərq ediblər. 

Macarıstan Milli Muzeyindən arxeoloq və muzey üzrə mütəxəssis, həmçinin tədqiqatın birinci müəllifi Bence Soós-a görə, "Fermerlər və bağbanlar tərəfindən kəşf edilən əşyalar arasında zərgərlik məmulatları, silahlar və mis qablar da var idi. Tapıntıların sayı və keyfiyyəti eramızdan əvvəl 13-cü və 6-cı əsrlər arasında nəzərəçarpacaq insan varlığına işarə edir. Lakin kəşflərin dəqiq yerləri qeydə alınmayıb və tədqiqatçılar bu dövrdə Qərbi Macarıstanda kimlərin yaşadığını hələ də bilmir". 

Xüsusilə ‘V. Basdırma’ adlandırılan bir tapıntı yığını, bu keçid dövründə yerli metal toplama ənənələrinin (yəqin ki, rituallar və ya simvolik məqsədlə metal əşyaları basdırmaq tətbiqi) ilk sübutunu təmsil edir. Həmçinin, metal əşyaların keramika qabının içində saxlanıldığı ilk nümunə də burada tapıldı. Bu, Qərbi Macarıstan üçün unikal bir tapıntıdır.

Somlódan əldə edilən tapıntılar, eramızdan əvvəl 13-cü və 6-cı əsrlər arasında burada yaşayan insanların ehtimal ki, seçilmiş döyüşçülər tərəfindən idarə olunan qəbilə və ya klan əsaslı cəmiyyətlərdə yaşadığını göstərən digər sübutları dəstəkləyir. Soós xüsusilə son kəşflərin Somló-nun idarəetmə mərkəzlərindən biri və metal basdırma mədəniyyətinə malik mühüm bir icmanı qəbul edən bir ərazi ola biləcəyini vurğulayır.

Mənbə: Arkeofili 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et