Bu gün:

Mouse-un DPI-si nədir, neçə olmalıdır?


Kompüterdən istifadə edərkən, xüsusilə, oyun və ya dizayn işlərində imlecin həssaslığı çox vacibdir. DPI isə ‘dots per inch’ sözünün qısaltmasıdır və siçanın ekrandakı imleci nə qədər həssas hərəkət etdirdiyini göstərir.

Mouse'un DPI-sı nədir və nə üçün nəzərdə tutulub? 

Əgər monitor qarşısında uzun vaxt keçirirsinizsə, siçan ayarlarının rahatlığa nə qədər təsir etdiyini hiss etmiş ola bilərsiniz. DPI siçanın imleci nə qədər həssas hərəkət etdirdiyini göstərir. Oyunlarda dəqiqliyi artırmaq və ya ofis işlərində rahatlıq əldə etmək üçün əvvəlcə mövcud ayarlarınızı öyrənməlisiniz. Bunun üçün mouse-un DPI dəyərini yoxlamaq yollarından istifadə edə bilərsiniz.

Mouse'un DPI-sı neçə olmalıdır? 

İdeal DPI səviyyəsi istifadəyə olan ehtiyacdan asılıdır. Vərdişlər və gözləntilər bu göstəriciyə birbaşa təsir edir. Bu mövzuda diqqət yetirməli olduğunuz məqamlar bunlardır:

1. Dizayn və rəsm kimi sahələrdə çalışanlar detallara önəm verdiyi üçün daha aşağı DPI səviyyələri seçilə bilər;

2. Rəqabətli oyunlarda sürətli hərəkət və ani reflekslər üçün çevik (yüksək) bir ayar seçilir;

3. Əl vərdişləri, oturuş pozası və masa düzəni sizə hansı ayarın uyğun olacağını müəyyən edir.

Mouse-un DPI-si necə tənzimlənir?

Müasir siçanlarda adətən üzərində xüsusi DPI düyməsi olur. Bu düyməyə basaraq müxtəlif həssaslıq səviyyələri arasında keçid edə bilərsiniz. Bəzi modellərdə isə DPI sistem ayarları vasitəsilə də dəyişdirilə bilər. Bu səviyyəni dəyişdirərək ekrandakı hərəkətlərinizi öz ehtiyaclarınıza uyğunlaşdıra bilərsiniz.

Əgər ilk dəfə tənzimləmə edəcəksinizsə, kiçik addımlarla irəliləməyiniz daha məqsədəuyğundur. Birdən-birə yüksək göstəriciyə keçmək vərdişlərinizi çətinləşdirə bilər. Bu məqamda səbirli olmaq və müxtəlif seçimləri sınamaq tövsiyə olunur.

Mouse-da DPI nə deməkdir?

DPI əslində siçan ilə ekran arasındakı həssaslıq səviyyəsini ölçür. Siçanı müəyyən məsafədə hərəkət etdirərkən imlecin ekranda neçə piksel irəlilədiyini göstərir.

Buna görə də, DPI səviyyəsi, sürət və həssaslıq arasında balans yaratmaq istəyən hər kəs üçün önəmlidir. İstifadə tərzinizə uyğun düzgün ayarı təyin etmək uzun müddətli rahatlıq təmin edir. Gündəlik işlərinizdə və ya oyun təcrübənizdə fərq yaratmaq üçün bu ayarı nəzərə almaq tövsiyə olunur.

Mənbə: Hepsiburada.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et