Stereo səsin iki ayrı kanaldan – yəni sol və sağ səsgücləndiricilərdən ayrıca ötürülməsi deməkdir. Müxtəlif istiqamətlərdən gələn səslər dinləyiciyə daha real bir təcrübə təqdim edir.
Stereo texnologiyasının əsası insan qulağının təbii eşitmə formasına dayanır. Sağ və sol qulaqlar səsin gəldiyi istiqaməti anlamaq üçün müxtəlif bucaqlardan siqnal toplayır. Bu sistemlər də eyni prinsiplə işləyir: sol kanaldan gələn səslər sol səsgücləndiricidən, sağ kanaldan gələn səslər isə sağ səsgücləndiricidən eşidilir. Telefonlardan kompüterlərə, televizorlardan qulaqcıq modellərinə qədər bir çox cihaz bu texnologiyanı dəstəkləyir.
Stereo qulaqcıq nədir?
Stereo qulaqcıq səsi iki ayrı kanal vasitəsilə ötürərək dinləyiciyə daha təbii və geniş bir səhnə yaradır. Sol və sağ kanallardan müxtəlif səs siqnalları gəldiyi üçün musiqi və ya filmdəki detalları daha aydın eşitmək mümkündür. Məsələn, müxtəlif musiqi alətlərinin istifadə olunduğu bir mahnıda gitar səsi sağdan, davul səsi isə soldan gələ bilər. Bu da sizə sanki canlı bir ifanın ortasında otururmuşsunuz kimi bir hiss yaşadır.
Stereo səs xüsusiyyətləri
Stereo, dinləyicinin eşitmə təcrübəsini zənginləşdirən ən önəmli texnologiyalardan biridir. İnsan qulağı ətrafdakı səsləri mövqeləndirmə qabiliyyətinə malikdir. Stereo sistemlər də bu təbii eşitmə formasını təqlid edərək səhnənin genişliyini hiss etdirir. Bir mahnını stereo sistemdə dinlədikdə sol və sağ tərəfdə eşidilən alət səsləri aydın şəkildə fərqlənir. Bu sayədə musiqi yalnız notalardan ibarət olmur, hərəkət və dinamika qazanır. Film izləyərkən və oyun oynayarkən də eyni effekti hiss etmək mümkündür.
Yarış oyunlarında maşın səsi soldan sağa doğru hərəkət etdikdə bu istiqamət dəyişimi birbaşa qulağınıza əks olunur. Stereo texnologiyasının səsdəki detalları daha aydın təqdim etməsi də böyük bir üstünlükdür. Arxa plandakı alətlər, mühit səsləri və effektlər daha dəqiq eşidilə bilər. Səsin dərinliyi, istiqaməti və təbiiliyi qorunaraq dinləmə zövqü tamamilə yeni bir səviyyəyə çıxarılır.
Stereo qulaqcıq seçərkən bilməli olduğunuz məsələlər
Doğru model seçimi həm səs keyfiyyətini, həm də istifadə rahatlığını müəyyən edir. Bu baxımdan nəzərə alınmalı olan bəzi məqamlar aşağıdakı kimidir:
1. Qulaqcığın simli yoxsa simsiz olacağını seçmək vacibdir. Gündəlik istifadədə simsiz modellər daha praktik həllər təqdim edir. Simli modellər isə daha az gecikmə müddətinə malikdir;
2. Qulaq formanıza uyğun dizaynları seçmək də başqa bir addımdır. Qulaq içi, qulaq üstü və ya açıq dizaynlı modellər fərqli rahatlıq səviyyələri təqdim edir;
3. Dayanıqlılıq vacib bir meyardır. Material keyfiyyəti yüksək olan modellər uzun müddət problemsiz istifadə oluna bilər;
4. Əlaqə texnologiyasının sabit olması da çox önəmlidir. Stereo qulaqcıq ilə TWS qulaqcıqları müqayisə edərkən əlaqə sürəti və sabitliyi mütləq qiymətləndirilir. TWS qulaqcıq modelləri stereo texnologiyasını simsiz əlaqə imkanı ilə təqdim edir.
Mənbə: Hepsiburada.com
Tərcümə etdi: Aytac Musayeva
