Kitablar insanı yeni dünyalara aparmaq, təsəvvürü oyatmaq və həyat haqqında öyrətmək gücünə malikdir. Zamanla saysız kitab yazılsa da, yalnız bəziləri bütün dünyada ən çox oxunan və sevilənlər sırasına düşüb.

Gəlin bu kitabların hansı olduğuna və niyə nəsillər boyu oxunduğuna baxaq:
İncil (The Bible)
5 milyarddan çox nüsxə satılıb və paylanıb. Xristianlığın müqəddəs kitabı olmaqla yanaşı, tarix, poeziya, proroqluq və mənəvi təlimlərdən ibarət mətnlər toplusudur.
Mao Tszedunun sitatları
Çinin mədəniyyət və siyasətində böyük təsirə malikdir. 1 milyarddan çox nüsxə satılıb və XX əsrin ən təsirli kitablarından sayılır.
“Harry Potter” seriyası – J.K. Rowling
500 milyondan çox nüsxə satılıb. Sehrbazlıq məktəbi Hogvartsdakı gənc sehrbazın macəraları bütün dünyada oxucuları valeh edib.
“Üzüklərin hökmdarı” – J.R.R. Tolkien
150 milyondan çox nüsxə satılıb. Fantastik “Orta Yer” dünyasında dostluq, qəhrəmanlıq və yaxşı ilə pisin mübarizəsini təsvir edir.
“Kimyagər” – Paulo Coelho
150 milyondan çox nüsxə satılıb. Çoban Santyaqonun “Şəxsi Əfsanəsini” tapmaq üçün etdiyi fəlsəfi səyahətdən bəhs edir.
“Da Vinçi şifrəsi” – Dan Brown
80 milyondan çox nüsxə satılıb. Tarix, incəsənət və mistikanı birləşdirən məşhur trillerdir.
“Twilight” seriyası – Stephenie Meyer
120 milyondan çox nüsxə satılıb. Vampirlər, canavarlar və qadağan olunmuş eşq mövzusu ilə gənclər arasında çox məşhurlaşıb.
“Küləklə sovrulanlar” – Margaret Mitchell
30 milyondan çox nüsxə satılıb. Amerika Vətəndaş müharibəsi dövründə sevgi və sağ qalma mübarizəsi haqqında klassik romandır.
“Düşün və varlan” – Napoleon Hill
100 milyondan çox nüsxə satılıb. Uğur, şəxsi inkişaf və maliyyə müstəqilliyi haqqında motivasiyaedici kitabdır.
“Gənc qızın gündəliyi” – Anna Frank
30 milyondan çox nüsxə satılıb. II Dünya müharibəsi dövründə gizlənən Anna Frankın gündəliyi insan ruhunun gücünü nümayiş etdirir.
“Böyük Getsbi” – F. Scott Fitzgerald
25 milyondan çox nüsxə satılıb. Amerika ədəbiyyatının ən yaxşı nümunələrindən sayılır, Jay Gatsby-nin hekayəsini və əlçatmaz sevgisini izah edir.
“Hamlet” – William Shakespeare
Dünyanın ən məşhur faciələrindən biri. Danimarka şahzadəsinin atasının qatili ilə bağlı mübarizəsini və dərin fəlsəfi suallarını əhatə edir.
“Çovdarlıqda uçurumdan qoruyan” – J.D. Salinger
65 milyondan çox nüsxə satılıb. Yeniyetmələrin özünü axtarışı və yadlaşma mövzularına görə hələ də aktualdır.
“Bülbülü öldürmək” – Harper Lee
40 milyondan çox nüsxə satılıb. İrqçilik və ədalətsizlik mövzularına sadə bir uşaq dili ilə toxunur.
“Odisseya” – Homer
Ən qədim kitabdır, lakin hələ də aktualdır. Troya müharibəsindən sonra Odysseusun evə dönüş yolunda macəralarını izah edir.
“Qürur və qərəz” – Jane Austen
20 milyondan çox nüsxə satılıb. Bennet bacılarının həyatını və cəmiyyətin münasibətlərini təsvir edir. Mr. Darcy və Elizabeth arasındakı sevgi hekayəsi ilə məşhurdur.
“Catch-22” – Joseph Heller
10 milyondan çox nüsxə satılıb. Müharibə dövründə bir pilotun yaşadığı absurd vəziyyətlər və insan əzabının paradoksları üzərində qurulub.
“Ceyn Eyre” – Charlotte Bronte
2 milyondan çox nüsxə satılıb. Yetim bir müəllimənin həyatı və cəmiyyətdə öz yerini tapma mübarizəsi haqqında klassik romandır.
“Cinayət və cəza” – Fyodor Dostoyevski
15 milyondan çox nüsxə satılıb. Qatil olmuş kasıb bir tələbənin psixoloji vəziyyətini və vicdan əzabını dərindən araşdırır.
“Hər şey dağılır” – Chinua Achebe
20 milyondan çox nüsxə satılıb. İngilislərin Afrikadakı təsirini və İqbo xalqının həyatını təsvir edir.
Mənbə: bestbookwriters.com
Tərcümə etdi: Arzu Qafarova
