Bu gün:

Rusiya Ukraynanı nüvə hücumunda günahlandırır, Kiyev müstəqillik gününü qeyd edir


Rusiya Qərbi Kursk bölgəsində yerləşən atom elektrik stansiyasında baş verən yanğına görə Ukraynanın pilotsuz uçuş aparatlarını (PUA) günahlandırıb və bildirib ki, gecə ərzində bir neçə Rusiya enerji və elektrik obyektləri hədəfə alınıb.

Stansiyanın mətbuat xidməti Telegramda məlumat verib ki, xəsarət alan olmayıb və yanğın tez bir zamanda söndürülüb. Qeyd olunub ki, hücum nəticəsində bir transformator zədələnib, lakin radiasiya səviyyəsi normal həddədir.

Yanğınsöndürənlər həmçinin Rusiyanın Leninqrad bölgəsində yerləşən, böyük yanacaq ixrac terminalına sahib Ust-Luqa limanında baş verən yanğına göndərilib. Regional qubernator bildirib ki, təxminən 10 Ukrayna PUA-sı vurulub və onların qalıqları yanğına səbəb olub.

Ukrayna isə hələlik Rusiya ittihamlarına münasibət bildirməyib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et