İngiltərə Premyer Liqasında oynanan qarşılaşmada Tottenham səfərdə Manchester Cityni 2-0 məğlub edib.
Paytaxt təmsilçisi 35-ci dəqiqədə Brennan Johnson və 45-ci dəqiqədə Joao Palhinhanın qolları ilə rəqibini 2-0 məğlub edərək mövsümə 2-də 2 ilə başladı. Ötən mövsümü düşmə xəttinin üstündə 17-ci pillədə başa vuran Tottenham, yeni baş məşqçisi Thomas Frank ilə yeni mövsümə itkisiz və qol buraxmadan güclü start verib. Manchester Citynin baş məşqçisi Pep Guardiola qapıda James Trafforda şans verərkən, Galatasarayın transfer siyahısında yer alan braziliyalı qapıçı Ederson ehtiyat skamyasında yer alıb. 22 yaşlı Trafford komandasının buraxdığı ikinci qoldakı səhvi və Mohammed Kudusa cərimə meydançası xaricində etdiyi müdaxilə ilə tənqidlərin hədəfinə çevrilib. Manchester təmsilçisində İlkay Gündoğan ilə Manuel Akanji 18 nəfərlik heyətdə yer almayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
