Bu gün:

AirTag nədir və işləmə prinsipləri hansılardır?


Apple tərəfindən hazırlanmış AirTag əşyalarınızı etibarlı şəkildə tapmağa imkan verən izləmə cihazıdır. Bluetooth texnologiyası vasitəsilə yer məlumatı ötürərək itmiş əşyalarınızı xəritə üzərində görməyinizə şərait yaradır.

Cihaz uzunömürlü və dəyişdirilə bilən batareya ilə təchiz olunub. Bu isə onu daim şarj etmə zəhmətindən xilas edir. Ətrafınızdakı digər Apple cihazlarının şəbəkəsi vasitəsilə, sizdən uzaqda olsa belə, yer məlumatını yeniləyir. İstifadə rahatlığı, yüksək təhlükəsizlik protokolları və müasir texnoloji infrastrukturu sayəsində əşyaların qorunmasında çox təsirli bir həll təqdim edir.

AirTag'in işləmə prinsipləri

AirTag, Apple sisteminə inteqrasiya olunmuş bir izləmə aksesuarı kimi əşyalarınızı təhlükəsiz şəkildə izləməyə imkan verir. Onun işləmə prinsipi aşağı enerjili Bluetooth texnologiyasından istifadə edərək yaxınlıqdakı Apple cihazları ilə əlaqə qurmasına əsaslanır. Bu cihazlar yer məlumatını şifrələnmiş formada Apple-ın Find My şəbəkəsinə ötürür. Beləliklə, tətbiq vasitəsilə əşyanın aktual yerini görmək mümkün olur.

Məhsul yüksək dəqiqlikli U1 çipi sayəsində iPhone modellərində dəqiq istiqamətləndirmə imkanı təqdim edir. Bununla da sizə addım-addım vizual və titrəmə ilə göstərişlər verərək itmiş əşyanızı tapmağı asanlaşdırır. NFC funksiyası isə əşyanı tapan şəxsin sahibinə aid əlaqə məlumatlarını görməsinə imkan yaradır.

iPhone AirTag möhkəm quruluşa sahib olduğu üçün hər şəraitdə işləyə bilir. Batareyanın ömrü təxminən bir ildir və standart CR2032 düymə batareyası asanlıqla dəyişdirilə bilər. Bu isə uzunmüddətli və fasiləsiz istifadəyə imkan yaradır.

AirTag nə üçün istifadə edilir? 

AirTag xüsusiyyətlərinə görə dəyərli əşyalarınızı təhlükəsiz şəkildə izləməyə imkan yaradır. Məhsulun istifadəsi zamanı təqdim etdiyi üstünlüklər isə bunlardır:

1. İtirmə riski yüksək olan əşyalarınızı hər an nəzarət altında saxlaya bilərsiniz;

2. Apple-ın Find My şəbəkəsi ilə inteqrasiya olunaraq, yer məlumatını dünyanın dörd bir yanındakı milyonlarla Apple cihazı vasitəsilə yeniləyir;

3. Şifrələnmiş məlumat ötürülməsi sayəsində üçüncü şəxslər tərəfindən izlənilmə riskini aradan qaldırır;

4. Bluetooth bağlantısı yaxın məsafədə izləmə imkanı yaradır, məsafədən kənarda olduqda isə şəbəkədəki digər cihazlar işə düşür;

5. Əşyanızı tapdığınız zaman səsli xəbərdarlıq funksiyası işə düşür.

AirTag məsafəsi nə qədərdir? 

AirTag-in əhatə məsafəsi Bluetooth texnologiyasının təqdim etdiyi siqnal sahəsi ilə müəyyən olunur. Bu məsafə ideal şəraitdə təxminən 10–30 metr arasında dəyişir. Bağlı məkanlarda divar, mebel və ya elektron cihazlar siqnal gücünü azalda bilər. Açıq sahələrdə isə daha dəqiq bağlantı təmin olunaraq yer təyini daha həssas şəkildə həyata keçirilir.

Məsafə limitini aşdığınız zaman Apple-ın Find My şəbəkəsi işə düşür. Bu sistem yaxınlıqdakı Apple cihazlarından istifadə edərək məhsulun son yerini anonim və şifrələnmiş şəkildə sizə çatdırır. Beləliklə, fiziki olaraq Bluetooth məsafəsinin xaricində olsanız belə, itmiş əşyanızı xəritə üzərində izləyə bilirsiniz.

Mənbə: Hepsiburada.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et