Bu gün:

Çində tikintisi davam edən körpü çöküb: Ölən və yaralananlar var


Çində bir çayın üzərində inşası davam edən dəmir yolu körpüsünün çökməsi nəticəsində 12 işçi həlak olub, 4 nəfər isə itkin düşüb.

Hadisə ölkənin şimal-qərbində yerləşən Qinghai əyalətində baş verib. 1,6 kilometr uzunluğundakı dəmir yolu körpüsünün çökmə anı kameralara saniyə-saniyə yansıyıb. Əraziyə çoxsaylı xilasedici qruplar göndərilib.

Qəza zamanı  12 işçi həyatını itirib, 4 işçi barədə isə hələ də məlumat yoxdur. Çin dövlət mediasının məlumatına görə, 55 metr hündürlükdə yerləşən körpüdə işləyən 16 nəfərdən ibarət briqada gərmə prosesi zamanı polad trosun qırılması ilə üzləşib.

Hazırda itkin düşənlərin axtarışları qayıqlar, bir helikopter və robotlar vasitəsilə davam etdirilir.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et