Bu gün:

Trampın Vaşinqtondakı evsizlər üçün planı San-Fransiskoya “deja vu” yaşadır


İllərdir San-Fransiskoya gələn ziyarətçilər küçələrdə çoxlu sayda evsizlərin və çadır düşərgələrinin olmasına diqqət yetiriblər.

Lakin daha sərt tədbirlərin görülməsindən bir il sonra bir çox küçələr tamam fərqli görünür. İndi isə şəhərin problemlərinə görə onu məsxərəyə qoyan Prezident Donald Tramp San-Fransiskonun təcrübəsindən yararlanır.

Keçən həftədən etibarən federal agentlər paytaxt Vaşinqtonda evsizlərin düşərgələrini dağıtmağa başlayıblar. Bununla, küçədə gecələyən insanlara qarşı cərimələr tətbiq edən şəhərlər sırasına Vaşinqton da qoşulub.

Evsizlərin çadır qurmasını cinayət hesab edən bu addım ötən yay ABŞ Ali Məhkəməsinin mühüm qərarından sonra başlayıb. Həmin qərara görə, sığınacaq olmadığı halda belə evsizlərə cərimə yazmaq və onları həbs etmək konstitusiyaya zidd deyil.

Tezliklə ölkə üzrə bir çox şəhər və qraflıqlar evsizlərə qarşı cərimələr tətbiq etməyə başlayıblar.

Kaliforniyada Trampın tez-tez qarşıdurmada olduğu qubernator Qavin Nyusom  San-Fransiskonun keçmiş meri düşərgələrin yığışdırılmasını prioritet elan edib və bu da şəhərin kəskin dəyişməsinə yol açıb.

Bununla belə, bəzi yerli biznes sahibləri və sakinlər bunun ölkənin ən gözəl şəhərlərindən biri sayılan San-Fransiskoda mənzərəni yaxşılaşdırdığını desələr də, başqaları problemin həqiqətən həll olunub-olunmadığını sual altında qoyur.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et