Bu gün:

Böyük bəstəkar Niyazi Filarmoniyada anıldı


Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, bəstəkar və dirijor Maestro Niyazinin xatirəsi Filarmoniyada keçirilən möhtəşəm konsertlə yad edilib. 

Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Konsertdə Xalq Artisti Yalçın Adıgözəlovun rəhbərlik etdiyi orkestr səhnəyə çıxıb. Gecədə tanınmış solistlər – Samir Cəfərov, Əfag Abbasova, Miralam Miralamov, Seljan Fermor-Hesketh və Güllü Muradova çıxış ediblər. Onların ifasında həm klassik əsərlər, həm də maestro Niyazinin musiqi irsindən parçalar səsləndirilib.
Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və musiqi ictimaiyyəti tərəfindən Azərbaycan musiqisinin əbədi dəyərlərinə ehtiram nümunəsi kimi qiymətləndirilib.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et