Bu gün:

"Putin bir daha Ukraynaya hücum etməyə çalışmasın"


NATO-nun baş katibi Mark Rutte cümə günü bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanəti sazişi iki mərhələdən ibarət olacaq: Ukrayna ordusunun gücləndirilməsi, ABŞ və Avropanın gələcək təcavüzü halında Rusiyanın qarşısını almağa yönəlmiş öhdəlikləri.

Alyansın baş katibi Mark Rutte cümə günü Kiyevə səfəri zamanı deyib ki, NATO-nun Ukraynaya dəstəyi “sabit” olaraq qalır və “artmaqda davam edir”.  Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra Rutte deyib ki, “Ukraynaya ABŞ-nin öldürücü silahlarının mühüm axınını” təmin etmək üçün NATO-nun maliyyələşdirilməsi üçün daha çox plan var. Bazar ertəsi Ağ Evdə keçirilən çoxtərəfli görüşdən sonra Rutte deyib ki, ABŞ prezidenti Donald Tramp “Birləşmiş Ştatların həqiqətən də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak edəcəyini” açıqlayıb. "Biz indi birlikdə işləyirik - Ukrayna, avropalılar, ABŞ - əmin olmaq üçün bu təhlükəsizlik təminatları elə səviyyədə olsun ki, Moskvada oturan Vladimir Vladimiroviç Putin bir daha heç vaxt Ukraynaya hücum etməyə çalışmasın", - Rutte mətbuat konfransında deyib.

Mənbə: Euronews

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et