MagSafe şarj – Apple tərəfindən hazırlanmış və cihazınızı maqnit vasitəsilə şarj etməyə imkan verən texnologiyadır.
Bu sistemdə cihazın arxa hissəsindəki maqnitlər enerji blokunun düzgün yerə oturmasını təmin edir. Bununla da hizalama səhvləri aradan qalxır və batareyanın doldurulma prosesi daha səmərəli olur. Nəticədə, kabellərin yaratdığı qarışıqlıqdan uzaq, sürətli və rahat istifadə təcrübəsi əldə olunur.
MagSafe necə işləyir?
Simsiz MagSafe texnologiyası cihazın arxasındakı maqnitlərlə şarj qurğusundakı maqnitlərin düzgün şəkildə hizalanması prinsipi ilə işləyir. Siz cihazı şarj qurğusuna yaxınlaşdırdığınızda maqnit qüvvəsi işə düşür və avtomatik olaraq doğru mövqeyi yaradır. Bunun nəticəsində həm cihaz asanlıqla hizalanır, həm də enerji ötürülməsi daha səmərəli olur.
İstifadəçi baxımından proses olduqca sadədir. Cihazınızı uyğun qurğuya yaxınlaşdırmağınız kifayətdir. Maqnit bağlantısı sayəsində cihaz yerində sabit qalır. Beləliklə, masa üzərində, çarpayıda və ya çantada şarj olunarkən belə asanlıqla tərpənmir. Bu sistem yalnız telefonlar üçün deyil, həm də örtüklər, stendlər və avtomobil daxili şarj həlləri ilə də uyğun gəlir. Buna görə gündəlik həyatın müxtəlif anlarında rahatlıqla istifadə oluna bilir.
MagSafe'in xüsusiyyətləri
Məhsulun maqnit quruluşu sayəsində cihazınızı asanlıqla yerləşdirə və tək hərəkətlə bağlantı qura bilərsiniz. Bu texnologiya yalnız sürət təmin etmir, eyni zamanda nizamlı və problemsiz istifadə təcrübəsi də yaradır. Əgər gündəlik həyatınızda kabellərlə məşğul olmaq istəmirsinizsə, bu sistem sizin üçün tam uyğundur. MagSafe-in əsas funksiyalarını isə belə sıralamaq olar:
1. Maqnit dizaynı cihazın şarj nöqtəsinə öz-özünə oturmasına imkan yaradır;
2. Kabel qarışıqlığını azaldaraq masanızda sadə bir görünüş yarada bilərsiniz;
3. Uyğun cihazlarda cəmi bir neçə dəqiqə ərzində yüksək şarj səviyyəsinə çatmaq mümkündür;
4. Yüngül və kompakt quruluşu sayəsində onu çantanıza asanlıqla yerləşdirə və istədiyiniz yerdə istifadə edə bilərsiniz;
5. Stend, avtomobil daxili tutucu kimi müxtəlif MagSafe uyğun məhsulları rahatlıqla istifadə edə bilərsiniz.
MagSafe yalnız bir şarj üsulu deyil, həm də cihazın istifadəsini asanlaşdıran bir texnologiyadır. Həm zərif, həm də funksional seçim axtaranlar üçün ideal alternativdir. Gündəlik tempə uyğun müasir bir təcrübə yaşamaq istəyirsinizsə, bu texnologiyanı seçə bilərsiniz.
Mənbə: Hepsiburada.com
Tərcümə etdi: Aytac Musayeva
