ABŞ-də etibarlı vizaya sahib 55 milyondan çox şəxsin, miqrasiya qaydalarını viza ləğvinə və ya deportasiyaya səbəb ola biləcək şəkildə pozub-pozmadığı araşdırıldığı bildirilib.

ABŞ Dövlət Departamenti açıqlayıb ki, viza sahibləri, viza verildikdən sonra ortaya çıxa biləcək mümkün pozuntu barədə bütün məlumatlar nəzərə alınaraq “davamlı araşdırmaya” məruz qalır.
Qeyd olunub ki, 55 milyondan çox viza sahibinin miqrasiya qaydalarını pozduğunun müəyyənləşdirilməsi halında vizalar ləğv edilə və həmin şəxslər ölkədən çıxarıla bilər.
Məlumata görə, bu pozuntulara “vizanın müddətindən artıq ABŞ-də qalmaq, cinayət törətmək, ictimai təhlükəsizliyi təhdid etmək, hər hansı terror fəaliyyətində iştirak etmək və ya terror təşkilatına dəstək vermək” kimi hallar daxildir.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
