Bu gün:

Lisbon Maru xilasetməsi


 1942-ci il 1 oktyabrda “Lisbon Maru” adlı yapon yük gəmisi 1816 britaniyalı əsiri Yaponiyaya aparıb.

ABŞ sualtı qayığı gəmiyə torpeda atıb, amma içində müttəfiq əsirlərin olduğunu bilməyib. Yapon əsgərləri gəmini tərk etməzdən əvvəl əsirlərin olduğu yerlərin qapılarını bağlayıblar. Gəmi batarkən britaniyalılar qaçmağa çalışıblar, lakin yaponlar onları atəşə tutub. Yaxınlıqdakı adalardan çinli balıqçılar gəlib 384 nəfəri xilas ediblər. Onların görünməsi ilə yaponlar atəşi dayandırıb əsirləri sudan çıxarmağa başlayıblar. Yenə də həmin gün 828 britaniyalı əsgər həlak olub.

Hadisə uzun illər unudulub. Çinli rejissor Fang Li “Lisbon Maru-nun batması” adlı sənədli film çəkib (2024). O, illərlə araşdırma aparıb, sağ qalanlarla və onların ailələri ilə görüşüb. Həmçinin sağ qalmış sonuncu çinli xilasedici Lin Agenlə də danışıb. Britaniyalı əsirlər gəminin içində çox pis şəraitdə saxlanılıb. Gəmi vurulanda əsirlərdən biri bıçaqla tarpağı kəsib bəzilərinin qaçmasına imkan yaradıb. Lakin yapon əsgərləri onları “hədəf məşqi” kimi atəşə tutub. Balıqçılar əvvəlcə suyun üzərinə çıxmış parçaları toplamaq üçün gediblər, sonra insanların suda olduğunu görüb onları xilas ediblər. Sağ qalanlar sonradan deyiblər ki, həyatlarını çinli balıqçılara borcludurlar.

Bu hekayə Çində böyük maraq doğurub, sənədli film kassada uğur qazanıb. İndi isə “Dongji Rescue” adlı bahalı bədii film çəkilib. Bu film tarixə bədii əlavələr etsə də, əsas məqsədi çinli balıqçıların rolunu ön plana çıxarmaqdır. Hadisənin sonunda üç britaniyalı əsir gözləyiblər və çinli müqavimətçilər vasitəsilə Çindən keçirib azadlığa çıxardıblar, bu da çox böyük cəsarət nümunəsi sayılır.

“Lisbon Maru” qalıqları hələ də qaldırılmayıb, amma 2025-ci ilin mayında xatirə abidəsi açılıb. Tarixçilərin fikrincə, bu hadisə çox bilinməyib, çünki həm britaniyalı əsirlər qayıdandan sonra qəhrəman kimi qəbul edilməyiblər, həm də sadəcə həyatı davam etdirmək istəyiblər. Çinli balıqçılar isə sadəcə dənizdə insan görəndə xilas etməyi borc biliblər.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et