Bu gün:

Aİ diplomatı: “Ukraynaya torpaq güzəşti Putinin tələsidir”


Avropa İttifaqının (Aİ) ali diplomatı Ukraynanı gələcək sülh müqaviləsi çərçivəsində Rusiyaya ərazilər verməyə məcbur etməyə qarşı xəbərdarlıq edib.

Aİ liderlərinin Donald Trampın Ukrayna ilə bağlı Ağ Evdə keçirilən sülh danışıqlarına qatılmasından sonra ilk dəfə Birləşmiş Krallıqda müsahibə verən Kaya Kallas BBC-nin Today proqramına bildirib ki, Rusiyaya Ukrayna ərazilərini saxlamağa icazə vermək “Putinin bizi salmaq istədiyi tələdir”.

Ukraynanın şərqində yerləşən Donbas bölgəsi uzun müddətdir Rusiya ilə mübahisəli ərazi olub və hərbi təcavüz nəticəsində son on ildə 1,5 milyon ukraynalı məcburi köçkünə çevrilib.

Ukrayna dəfələrlə sülh müqabilində Donbası Kremlə güzəştə getməyi rədd edib, baxmayaraq ki, Tramp “ərazilərin dəyişdirilməsinin” vacibliyini vurğulayıb.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et