Bu gün:

Dünya haqqında maraqlı faktlar


Bəlkə də indiyə qədər eşitmədiyiniz maraqlı və gerçək məlumatlar:

1.    Dünyadakı qızılın 99 faizi onun nüvəsində yerləşir. Elə çox qızıl var ki, Yeri 45 santimetr qalınlığında qatı ilə əhatə edə bilər.

2.    Məlum olan ən qədim insan düzəltməsi dini tikili eramızdan əvvəl X minilliyə (e.ə. 10.000) aid Göbəklitəpədir və Türkiyədə yerləşir.

 3.    Yer üzündə hər gün 200.000 yeni insan doğulur.

 4.    Dünyada inşa edilmiş ən bahalı tikili dəyəri 150 milyard ABŞ dolları olan Beynəlxalq Kosmik Stansiyadır.

 5.    Dünyanın ən uzaq məsafədən çəkilmiş şəkli təxminən 6 milyard kilometr uzaqlıqdan çəkilmişdir və “Solğun mavi nöqtə” kimi tanınır.

 6.    Yer üzündə kəşf edilmiş ən dözümlü canlı “Tardiqrad”dır. O, kosmosdakı vakuum mühitində 10 gün yaşaya bilir.

  7.    Dünyanın nüvəsinin temperaturu 5500 dərəcə Selsiyə bərabərdir. Bu istilik Günəşin səth temperaturuna demək olar ki, tam uyğundur.

 8.    “Nadir elementlər” adlandırılan kimyəvi maddələr, əslində, düşündüyümüz qədər nadir deyillər. Məsələn, lutetium Yer qabığında qızıldan 200 dəfə daha çoxdur. Halbuki bu element “nadir elementlər” arasında ən az rast gəlinənidir.

 9.    Antarktidadakı buzların ümumi həcmi, Atlantik okeanındakı suyun həcminə bərabərdir.

 10.    İndiyədək qeydə alınmış ən yüksək temperatur 1922-ci ildə Liviyanın Əl-Əziziyə şəhərində müşahidə olunmuşdur – 57,8 °C.

 11.    Yerə hər gün təxminən 8.600.000 ildırım düşür.

 12.    İnsan kosmos boşluğunda, qorunmasız vəziyyətdə maksimum 2 dəqiqə yaşaya bilər.

 13.    Çindəki hava çirkliliyi kosmosdan görünür. Çin səddi isə kosmosdan görünmür.

 14.    Bir gün əslində 24 saat deyil. Dəqiq hesabla, 23 saat 56 dəqiqə 4 saniyədir.

 15. İnsan DNT-si banan DNT-si ilə 50 faiz oxşardır.

 16.    Yer, bowling topundan belə daha hamar səthə malikdir. Çünki ən hündür dağ və ən dərin okean çökəkliyi Yer kürəsinin qalınlığının cəmi 1/5000 hissəsini təşkil edir.

 17. 1957-ci ildə “Sputnik” kosmosa göndərildikdən bəri Yer ətrafına ümumilikdə 38.000 peyk buraxılmışdır. Onların təxminən 16.000-i fəaliyyətini dayandırmış və ya Yerə düşmüşdür.


Mənbə: Memurlar. Net

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et