Bu gün:

Bakı dünya kino mütəxəssislərinin görüş nöqtəsinə çevriləcək


Mədəniyyət Nazirliyi və Kino Agentliyinin birgə təşkilatçılığı, İslam Əməkdaşlıq Təşkilatının tərəfdaşlığı ilə Azərbaycanda yeni bir beynəlxalq tədbir keçiriləcək.

“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı bu ilin 6–12 oktyabr tarixlərində Bakıda baş tutacaq. Avqust ayında festivalın proqramı ictimaiyyətə təqdim olunub.
Festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən tanınmış kino mütəxəssisləri, rejissorlar, prodüserlər və aktyorlar paytaxtımıza toplaşacaq. Tədbirin əsas məqsədi Azərbaycan kinosunun beynəlxalq arenada tanıdılması və kino sənətində müasir trendlərin paylaşılmasıdır.
Proqrama yalnız film nümayişləri deyil, həm də film marketlər, animasiya festivalı, İslam ölkələrinin kino günləri və “CinemaTalks” adlı panel müzakirələri daxildir. Burada gənc rejissorlar və kino tələbələri öz ideyalarını təqdim etmək, peşəkarlarla birbaşa ünsiyyət qurmaq imkanı qazanacaqlar.
Festival həm də Azərbaycanın mədəniyyət paytaxtı kimi mövqeyini gücləndirəcək. Təşkilatçılar bildiriblər ki, “Baku Cinema Breeze” təkcə region üçün deyil, həm də beynəlxalq kino ictimaiyyəti üçün mühüm platformaya çevriləcək.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et