Çin Prezidenti Si Cinpin gözlənilməz Tibet səfərində birliyə çağırış edib və Çinin regionu ilhaq edərək muxtar bölgə yaratmasının 60-cı ildönümü münasibətilə 20 min nəfərin qarşısına çıxıb.
Bu, onun sərt nəzarət altında olan bölgəyə prezident kimi yalnız ikinci səfəridir. Si yerli hökuməti “separatizmə qarşı aparılan ciddi mübarizəyə” görə tərifləyib - bu, Pekinə qarşı onilliklərdir davam edən Tibet müqavimətinə işarə olub.
72 yaşlı Si üçün sağlamlıq problemləri yarada biləcək hündürlükdə yerləşən Lhasaya səfəri onun bölgə üzərində hakimiyyətini möhkəmləndirmək istəyini göstərir.
Onun açıqlanan çıxışında 1959-cu ildən Hindistanda sürgündə yaşayan Tibet dini lideri Dalay Lama barədə heç bir qeyd olmayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
