Bu gün:

Lavrov: "Putin görüşə hazırdır, amma əvvəlcə hazırlıqlar tamamlanmalıdır"


Ukrayna müharibəsi ilə bağlı üçtərəfli zirvəyə dair diplomatik fəaliyyət sürətlənib.

Avqustun 21-də keçirilən mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Putin Zelenski ilə görüşə hazırdır, lakin bütün məsələlər öncədən müzakirə olunmalıdır. AFP xəbər agentliyinin yaydığı məlumata görə, Lavrov Putinin daha əvvəl də Zelenski ilə görüşməyə hazır olduğunu söylədiyini xatırladıb. Amma Lavrov əlavə edib ki, bu görüş yalnız müzakirə olunacaq məsələlər üzrə razılaşma əldə olunarsa və mütəxəssislər, nazirliklər tərəfindən lazım olan tövsiyələr verilərsə baş tuta bilər.


Mənbə: BBC News

 Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et