Bu gün:

Suriya – Azərbaycan İşçi Qrupunun ilk toplantısı keçirilib


Avqustun 21-də humanitar sahələri əhatə edən Suriya – Azərbaycan İşçi Qrupunun onlayn formatda ilk iclası baş tutub. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına əsasən 24media.az istinad edir ki, görüşdə Azərbaycan tərəfindən elm və təhsil nazirinin müavini, İşçi Qrupunun rəhbəri Kənan Kərimzadə, İşçi Qrupunun üzvləri, Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov, Suriya tərəfindən isə ali təhsil və elmi araşdırmalar nazirinin müavini, İşçi Qrupunun rəhbəri Ğeys Varqouzeq və digər nümayəndələr iştirak ediblər.

İclasda iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə suriyalı tələbələrin Azərbaycan ali təhsil müəssisələrində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil alması ilə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 4 may 2025-ci ildə Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Suriya Ərəb Respublikasına təşkil olunmuş rəsmi səfərin nəticəsi olaraq Suriya – Azərbaycan İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilmişdi. İşçi Qrupunun məqsədi iki ölkə arasında humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı layihələrin icrası və tələbə-müəllim mübadiləsinin təşviqidir.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et